Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
Presssport.az xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayacaq.
Belə ki, təmsilçimiz 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə başlayacaq. Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC