"Zirə" üçün növbəti Paxtman şoku - Rüstəmlə bağlı da ciddi problem var

“Zirə” braziliyalı hücumçusu Filipe Paxtmanı növbəti dəfə uzun müddətə itirib. 

Presssport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

O, gənc futbolçunun məşqdə ağır zədə aldığını söyləyib: “Paxtmanın çarpaz bağları qopub. Altı aylıq səradan çıxıb, mövsüm onun üçün artıq bitib”.

Sadıqov digər hücumçu, millimizin üzvü Rüstəm Əhmədzadənin da sağalması üçün xeyli müddət gözləməli olacaqlarını söyləyib: “Rüstəm 2 aylıq  sıradan çıxıb. O, elə ”Səbail"lə səfər matçında zədələnmişdi".

Xatırladaq ki, Filipe bunadək hər ayağından əməliyyat olunaraq uzun müddət oynamayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC