Bu gün “Sabah” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Presssport.az xəbər verir ki, Krunoslav Renduliçin komandası cürün favoriti olan “Makkabi”nin (Hayfa) qonağı olub.
Qarşılaşma İsraildə deyil, Macarıstanda keçirilib və təmsilçimizin böyükhesablı qələbəsi ilə başa çatıb. Komandaların cavab oyunu avqustun 1-də baş tutacaq.
"Sabah" bu rəqibi keçərsə, növbəti mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
Xatırladaq ki, "Sabah"la “Makkabi”nin cavab qarşılaşması avqustun 1-də Bakıda olacaq.
25 iyul (cümə axşamı)
21:15 “Makkabi” (Hayfa, İsrail) – “Sabah” (Azərbaycan) - 0:3
Qollar: Pavol Safranko, 62, Cesse Sekidika, 78, Xəyal Əliyev, 88
Baş hakim: Natan Verbumen
Baş hakimin köməkçiləri: Matias Hillaert, Ruben Vins
Dördüncü hakim: Uesli De Kremer
(Hakimlər briqadası Belçikadandır)
Kişvarda. "Varkert Sportpalya" stadionu
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC