Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Makkabi" (İsrail, Hayfa) - "Sabah" oyununa cəmi 300 bilet satılıb.
Presssport.az xəbər verir ki, bu haqda paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Qarşılaşma neytral meydanda - Macarıstanda baş tutacağı üçün ajiotaj olmayacaq.
Görüşün keçiriləcəyi "Varkert" stadionunda 40-a yaxın azərbaycanlı azarkeş "Sabah"ı qələbəyə səsləyəcək.
Xatırladaq ki, bu gün gerçəkləşəcək "Makkabi" - "Sabah" matçının start fiti saat 21:15-da səslənəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC