60-cı dəqiqədən sonra meydanda baş verənlər Rəşad Sadıqovu çox narahat edib: "Dedim ki, sonra danışarıq, buranın söhbəti deyil"

"Zirə" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "DAC 1904"ü 4:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda fikirlərini bölüşməklə başlayıb.

- İlk oyundan sonra danışmaq həmişə çətindi. Xüsusilə də bu oyundan sonra. Qarşıda bizi çox vacib səfər matçı gözləyir. Mərhələni keçmək istəyiriksə, bu gündən həmin oyuna hazırlaşmalıyıq. Birinci hissə bitdi. Bir həftəlik fasilə olacaq. İkinci hissəyə çox yaxşı hazırlaşmalıyıq. Qarşıda bizi daim komandasını yaxşı dəstəkləyən azarkeş toplumuna qarşı səfər oyunu gözləyir. Rəqib sona qədər amansız mübarizə aparacaq. Belə rəqiblər həmişə təhlükəlidi. Hesab 4:0 olsa da, təslim olmurlar. Mərhələni keçmək istəyiriksə, futbol camiəsi, komanda olaraq oyuna hazırlaşmalıyıq.

- Dünən demişdiniz ki, cütün taleyi Slovakiyada həll olunacaq. Fikrinizdə qalırsınız?

- Bəli, cütün taleyi səfərdə həll olunacaq. Müasir futbolda nəticə üstünlük verir sənə... Amma rahatlıq verə bilməz. 60-cı dəqiqədən sonra rəqibin göstərdiyi amansız mübarizə və çətin anlar onu göstərdi ki, bizi cavab matçında nələr gözləyir.

- Pyer Zeblini əvəzləyəndə narazılıq bildirdiniz…

- Ayağını tutmuşdu. 2-3 dəqiqə gözlədi. Dedi ki, yaxşıyam. Amma tempi aşağı düşdü. Rəqib də o dəqiqələrdə təzyiq edirdi. Əvəzlənəndə dedi ki, özümü yaxşı hiss edirdim. Dedim ki, sonra danışarıq, buranın söhbəti deyil.

- Rəqib son dəqiqəyə qədər oyundan “qopmadı”. Bu, sizi nə dərəcədə narahat edir?

- 4:0-dan sonra rəqibin dayanacağını, oyun intizamının pozulacağını gözləyirdim. Amma 60-cı dəqiədən sonra meydanda baş verənlər məni çox narahat edirdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC