"DAC 1904" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Zirə"yə 0:4 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyoz matçdan sonra keçirilən mətbuat konfransında oyunun nəticəsinin birbaşa öz səhvi olduğunu etiraf edib: “Futbolçularıma nəyin önəmli olduğunu istədiyim qədər çatdıra bilməmişəm. Azarkeşlərimizdən, xalqımızdan üzr istəyirəm. Geridönüş çətin olacaq. Bu gün kifayət qədər şansımız var idi. Amma rəqib daha istəkli, daha sürətli idi. Bu səhvlərdən nəticə çıxarıb, daha yaxşı oynamalıyıq. Komandama inanıram. Oyunçularımın bacarığına bələdəm. Bir oyunla kifayətlənmirik. Hansı nöqtədə olduğumuzu bilirik”.
Munyozun sözlərinə görə, növbəti oyun üçün birlik olmalıdırlar: "Çətin oyun olacaq. Necə olacağını görəcəyik. Mümkünsüz deyil, ümid var".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC