"Fehervar" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Tamaş Petö oyundan sonra keçirilən mətbuat konfransında rahat qələbə olmadığını açıqlayıb: "Futbolçularda yorğunluq var idi. İlk 20 dəqiqəni yaxşı oynaya bilmədik. Qırmızı vərəqədən sonra toparlandıq. Nəticə göz qabağındadı. Çox qol vura bilərdik. İlk hissədə də qaçırdığımız epizodlar oldu. "Sumqayıt" yaxşı komandadır. Evdə daha diqqətli olmalıyıq".
Xatırladaq ki, Macarıstandakı cavab görüşü martın 31-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC