"Yəqin ki, qarşıdakı müddətdə yeni transferlərimiz olacaq. Ancaq bunun qədər vacib olan bir məsələ də var".
Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib.
Ağdam klubunun təcrübəli funksioneri heyəti daha da gücləndirmək və Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib.
Uzun illərdir "köhlən atlar"ın uğurlu fəaliyyətində mühüm rol oynayan idarəçi qeyd edib ki, mövcud heyətin qorunması çox mühüm məsələdir:
"Bilirsiniz ki, "Qarabağ" heç vaxt transfer xatirinə transfer etməyib. Bu, həmişə belə olub və bundan sonra da belə olacaq. Baş məşqçimiz bu məsələlərə çox həssas yanaşır. Bəzən yersiz tənqidlər eşidirik, deyirlər ki, niyə "Qarabağ" hər "transfer pəncərəsi" açılan vaxt 5-6 futbolçunu heyətinə qatmır. Qurban müəllim kimləri desə, alacağıq. Bu, 1 nəfər də ola bilər, 5 nəfər də. Əsas olan "Qarabağ"ın səviyyəsinə uyğun gəlməsidir.
Bəlkə də, kimsə buna bir o qədər əhəmiyyət vermir, amma hazırkı heyətin qorunması da yeni transferlər etmək qədər əhəmiyyətlidir. Bu yay futbolçularımızın 90 faizinə müxtəlif ölkələrdən təkliflər gəlib. Onlara "Qarabağ"da qazandıqlarından qat-qat artıq məbləğ təklif olunub. Bu qədər təklif gəldiyi halda, hazırkı heyəti qoruyub saxlaya bilmişik. Açıq deyim, bu, kifayət qədər çətin işdir və sevinirəm ki, öhdəsindən gəlmişik" (sportinfo.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC