"Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica karyerasını Türkiyədə davam etdirə bilər.
Presssport.az xəbər verir ki, "Ankaragücü" 26 yaşlı hücumçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
I Liqa təmsilçisi Cica ilə razılıq əldə edib. "Ankaragücü" Azərbaycan çempionu ilə təzminatla bağlı müzakirələr aparır.
Xatırladaq ki, "Qarabağ" Redonu 2023-cü ilin yanvarında "Tirana"dan transfer edib. O, ötən mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC