Bu gün Azərbaycanın badminton millisinin üzvü Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.
Presssport.az xəbər verir ki, indoneziyalı milliləşdirilmiş legionerin ilk rəqibi He Bin Çzyao (Çin) olub.
H qrupunda keçirilən bu matç Çin idmançısının böyük üstünlüyü ilə keçib. Belə ki, Çzyao hər 2 setdə inamlı qələbə qazanıb - 21:8, 21:7.
Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.
Onu da bildirək ki, hər qrupda 3 idmançı yarışır və növbəti mərhələyə yalnız qrup qalibi çıxır. Bunu nəzərə alsaq, startdakı məğlubiyyətlə badmintonçumuzun qrupdan çıxmaq şansı xeyli çətinləşib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC