Qriqorçuk sabiq futbolçusunu "Neftçi"yə gətirir - keçən mövsüm bombardir olub

"Neftçi" yay fasiləsində heyətini gücləndirmək yönündə transfer çalışmalarını davam etdirir.

Presssport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" yeni legioner - Odessa "Çernomorets"in cinah yarımmüdafiəçisi Andrey Ştoqrini gətirir. Belə ki, 25 yaşlı ukraynaı futbolçunun karyerasını Bakı klubunda davam etdirməyə yaxın olduğu bildirilir.

Sağ vinger və mərkəz hücumçusu mövqelərində də çıxış etməyi bacaran Ştoqrin "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuka əla tanışdı. Belə ki, o, keçən mövsüm təcrübəli ukraynalı mütəxəsssin çalışdırdığı "Çernomorets"in lideri olub.

Andreyin Odessa klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdi. Bu üzdən “Neftçi” keçidə görə təzminat ödəməli olacaq.

Onu da bildirək ki, Ştoqrin 2023/24 mövsümündə komandasının bombardiri olaraq Ukrayna çempionatında 30 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Vinger ölkə kubokunda isə 4 matçda 4 dəfə rəqib qapısına yol tapıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC