“İlk Olimpiadamdı. İstər-istəməz həyəcan var idi”.
Presssport.az xəbər verir ki, bunu Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk matçı ilə bağlı danışarkən deyib.
N qrupunda He Bin Çzyaoya (Çin) uduzan (0:2) idmançımız rəqibinin iddialı olduğunu söyləyib: “O, dünyanın 6-cısıdı və bura medal ardınca gəldiyini gizlətmir. Əlimdən gələni etməyə çalışdım. Çalışacam növbəti oyunda daha yaxşı çıxış edim”.
Xatırladaq ki, Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC