“Fikrimcə, rəqibin qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu. Belə olan halda, əvvəl hesabı bərabərləşdirdik, sonra isə qələbə topunu vurduq. Ən vacib məsələ zəfər çalmaq idi ki, bunu da bacardıq. Çətin olacağını bilirdik. Çünki beynəlxalq turnirlərdə asan səfər oyunu olmur”.
Presssport.az xəbər verir ki, bu fikirləri “Sumqayıt”ın Konfrans Liqasının II təsnifət mərhələsinin Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən ilk oyununda 1:2 hesabıyla uduzduğu “Fehervar”ın futbolçusu Tobias Kristensen deyib.
24 yaşlı yarımmüdafiəçi hesab edir ki, Sumqayıtda qazandıqları onlar yaxşı nəticədi: "Bunu bacaracağımıza inanırdıq. Evdə də ağıllı çıxış edib növbəti mərhələ uğrunda mübarizə aparacağıq. Təbii ki, məqsədimiz qalib gəlmək olacaq".
Qonaqların ilk qolunun müəllifi olan norveçli legioner komandasının qələbəsində pay sahibi olduğuna görə sevinir: "Baş zərbələriylə məşhurlaşan futbolçulardan deyiləm. Amma Bedi çox əla ötürmə verdi. Sadəcə, topu tora göndərmək lazım idi. Zərbəmin dəqiq alınmasına görə çox məmnunam".
Xatırladaq ki, adıçəkilən komandaların cavab görüşü iyulun 31-də Macarıstanda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC