"İnanıram ki, ayın 29-da Azərbaycan badmintonu üçün xoş xəbər verərik"

“Çinli idmançı buraya qızıl medal qazanmaq üçün gəlib. Olimpiya təcrübəsi də var. Edinin isə rəqiblə müqayisədə az təcrübəsi var”.

Presssport.az xəbər verir ki, bunu Azərbaycan basminton millisinin baş məşqçisi Morteza Validarvi Paris-2024 Yay Olimpiya Oyunlarında Keişa Fatimə Zəhranın ilk matçından sonra deyib.

Mütəxəssis N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançımızın məğlubiyyətinin səbəbini təcrübəsizliklə əlaqəndirərək, qarşıya baxmalı və digər oyunlara hazırlaşmalı olduqlarını sözlərinə əlavə edib: "İyulun 29-da yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.

Validarvi digər badmintonçumuz Edi Reski Dviçayonun da şanslarını dəyərləndirib: “Edinin təcrübəsi Keişadan yaxşıdı. Onun Olimpiya təcrübəsi də var. Uğur qazanmaq üçün çox istəklidi və bu yarışlara hazırdı. Dünən də onunla danışarkən bütün qarşılaşmaları qazanmaq gücünə malik olduğunu dedi. İnanıram ki, ayın 29-da Azərbaycan badmintonu üçün xoş xəbər verərik".

Xatırladaq ki, Dviçayo Olimpiadada startına iyulun 29-da çıxacaq. Zəhranın də ikinci eyni günə təsadüf edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC