Bu gün Azərbaycanın daha 3 idmançısı Paris-2024-də mübarizəyə başlayacaq.
Presssport.az xəbər verir ki, yarışda ilk olaraq cüdoçularımız qüvvələrini sınayacaq.
Belə ki, 1/16 finalda Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək.
Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Boksçularımızdan dünya çempionu Alfonso Dominqes (92 kq) mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi ikiqat Olimpiya, beşqat dünya çempionu Xulio Sesar la Krusdu (Kuba). Bu döyüşün Bakı vaxtı ilə saat 18:18-də başlaması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan avqustun 11-dək davam edəcək yarışa 48 idmançı ilə qatılıb. Onlardan 2-si artıq mübarizəni medal qazanmadan dayandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC