"Sabah" hücumçusuyla vidalaşdı - RƏSMİ

Konfrans Liqasında təmsilçimiz “Sabah” fransalı legioneri İshak Belfodillə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı jücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisi Berfodilə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

İshak keçən ilin sentyabrında “Sabah”a keçərək 2+1 illik müqavilə imzalamışdı. O, Premyer Liqamızda debüt mövsümündə 18 oyunda 3 qola imza atmışdı.

Xatırladaq ki, “Sabah” mövsüm bitəndən sonra Davit Volkov, Rauf Rüstəmli, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh, Fəxri Məmmədli, Jarl Marqarita ilə vidalaşıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC