Yay fasiləsində “Qarabağ”dan “Dinamo”ya keçən rusiyalı qapıçı Andrey Lunyov Moskvada qiymətlərin bahalığından şikayətləndin.
Presssport.az xəbər verir ki, 32 yaşlı qolkiper son illərdə Rusiya paytaxtında qiymətlərin xeyli qalxdığını açıqlayıb: "Moskvada qiymətlər dəyişməsinə şahid oluram. İndi ev kirayələmək üçün ağlasığmaz pullar verməlisən. Bütün daşınmaz əmlakların qiyməti qalxıb. Ərzaqların qiymətini bilmirəm. Bazada qalıram və hələ ki marketə getməmişəm”.
Xatırladaq ki, Lunyov son 3 ildə Vətənindən kənarda çıxış edib. O, 2 il “Bayer”, daha sonra isə 1 mövsüm “Qarabağ”da forma geyinib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC