İsmayıl İbrahimli 4:0-lıq qələbəylə Slovakiyaya kiçik üstünlüklə yollandıqlarını sayır: "Qarabağ" bu il ÇL-in qrupuna düşəcək"

Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra çıxışını Konfrans Liqasında davam etdirən “Zirə” II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Slovakiyanın “DAC-1904” klubununu evdə 4:0 hesabıyla məğlub etdi. "Qartallar"ın təcrübəli yarımmüdafiəçisi İsmayıl İbrahimli Mərdəkandakı görüşdən sonra Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb.

  • - Bu stadiondan keçən həftə çox üzgün çıxırdınız. Cəmi 1 həftə sonra isə tam fərqli mənzərədi və belə inamlı qələbə qazandınız. Bu qısa müddətdə nə dəyişdi ki, bu cür nəticə qeydə alındı?
  • - Bir həftəyə heç nə dəyişmədi. Sadəcə, indi əlimizə düşən qol füsrətlərindən daha yaxşı yararlandıq. “Şerif”lə 70 dəqiqə 10 nəfərlə mübarizə apardıq. Buna baxmayaraq, oyun cəhətdən rəqibə uduzmadıq. Hətta dirəkdən dönən topumuz oldu. Yalnız penaltilər seriyasında şanssızlıq oldu. İndisə meydanda daha yaxşı "Zirə" oldu. Əlimizə düşən imkanlardan da yararlandıq.
  • - O gücü hardan tapdınız? Fizika nə qədər vacib olsa da, ilk növbədə psixoloji planda özünə gəlmək lazım idi. Bu isə heç də asan deyildi…
  • - Bəli. elədi. Baş məşqçimiz Rəşad Sadıqov psixoloji cəhətdən güclü mütəxəssisdi və onun bizi toparlaması böyük rol oynadı. Ona görə bu gün daha yaxşı “Zirə” oldu. 
  • - “Zirə” nadir hallarda böyük hesabla qələbə qazandığınızı nəzərə alsaq, səmimi olsanız, 4:0-ü gözləyirdiniz? Çünki çox vaxt 1:0-lıq qələbəyə görə qınanırsınız, tənqid olunursunuz ki, daha çox müdafiəyə diqqət yetirirsiniz…
  • - Hər oyunda 2-3 yaxşı qol epizodumuz olur. Hər dəfə belə epizodlardan yararlansaq, fikrimizə, hesab 2-3 top xeyrimizə olar.
  • - Necə düşünürsən, cütün taleyini artıq həll eləmiş oldunuz, yoxsa..?
  • - Yox, elə bir şey düşünmürük. Cütün taleyi orda 90 dəqiqədən sonra həll olunacaq. Slovakiyaya kişik bir üstünlüklə yollanırıq. 
  • - Hücum xəttinizdə dəyişikliklər oldu. Onlar necə bir canlanma yaradıblar oyununuzda?
  • - Onların bizə qoşulmağı gücümüzə daha güc qatdı. Junior Martins tanıdığımız futbolçudu, “Kəpəz”də yaxşı mövsüm keçirmişdi. Həmçinin Davit Volkov bizə çox tanış hücumçudu. Komanda nə qədər güclənsə, bir o qədər yaxşıdı.
  • - Təbii ki, qrupa düşməyi istəyərsiniz. Buna real olaraq gücünüzü, potensialınızı görürsünüz?
  • - Qarşıdakı oyundan sonra bu haqda danışa bilərik. Püşk də bizə sərfəli düşsə, niyə də pley-offadək, qrupadək getməyək?! 
  • - Növbəti mərhələdə rəqibiniz böyük ölçüdə bəllidi - Xorvatiyanın "Osiyek" klubu…
  • - Dediyim kimi, Slovakiyadakı qarşılaşmadan sonra püşkü dəyərləndirərik. İndi bizə qalan odur ki, səfər matçı xeyrimizə olsun, yekun nəticədə cütün qalibi olaq.
  • - Yeni çempionatımızın startına da bir şey qalmayıb. Həm sıx qrafikə girirsiniz, 3-4 gün bir oyunlar, yorgunluq amili var, həm də daxili yarışlarda avrokubok ajiotajı olmayacaq, psixoloji amil var. Necə motivsiya olunacaqsınız?
  • - Əlbəttə ki, motivasiya olarıq. "Qarabağ" illərdi belə mövsümlər keçirir. Bizim üçün problem deyil.
  • - Yeri gəlmişkən, müqaviləylə məxsus olduğun “Qarabağ”dan yeni mövsümdə avrokuboklarda nə gözləyirsən?
  • - Düşünürəm ki, "Qarabağ" bu il Çempionlar Liqasının (ÇL) qrupuna düşəcək. 
  • - Amma orda olmağı yox, "Zirə"də icarəni davam etdirməyi üstün tutdun…
  • - Əlbəttə ki, orda mövqeyidə oyunçu saylığı yox olduğundündən güclü rəqabət var. Lakin rəqabətə hər zaman hazıram. Burda mənə daha oynamaq şansı çox olması baxımından rahatdı və baş məşqçinin güvəni var.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC