"Bu gün mənim günüm idi, bu, son deyil, daha da irəli getmək lazımdı" - Alfonso Dominqes

“Çox çətin döyüş oldu. Bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram”.

Presssport.az xəbər verir ki, bu fikirləri boks millimizdən Paris-2024-də ilk çıxış edən Alfonso Dominqes deyib.

92 kq-da çıxış edən 

dünya çempionumuz 1/8 finalda ikiqat Olimpiya çempionu Xulio Sesar la Krusla (Kuba) üz-üzə gələrək, inamlı döyüş sayəsində 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə qalib gəlib.

Alfonso Olimpiadada qarşıdakı perspektivi belə dəyərləndirib: "Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdı. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadı".

Xatırladaq ki, Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC