Paris-2024: Azərbaycanın 6 idmançısı bu gün yarışa çıxır

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 3-cü gündü.

Presssport.az xəbər verir ki, Azərbaycanın 6 idmançısı mübarizəyə qoşulacaq. 

Cüdo

Azərbaycanın əsas medal ümidlərindən olan cüdoçu, dünya çempionu Hidayət Heydərov da tatamiyə bu gün çıxacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq Heydərovun rəqibi Tohar Bitbul (İsrail)-Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi olacaq. 

Cüdo yarışları saat 12:00-dan başlayacaq.

Badminton

Saat 10:30-da badminton (qadınlar, fərdi) yarışlarında II tur başlanır. Qrupda ilk görüşünü uduzmuş  Keişa Fatimə Zəhra (Azərbaycan) Kirsti Gilmor (Böyük Britaniya) ilə qarşılaşacaq.

Saat 22:20-də isə kişilərin fərdi yarışında Edi Reski Dviçayo (Azərbaycan) ilk qrup matçında Kollins-Valentin Filimon (Avstriya) ilə üz-üzə gələcək.

Qılıncoynatma

Bu gün Azərbaycan qılıncoynadanı Anna Başta da yarışda ilk matçına çıxacaq. O, 1/16 finalda Yanq Henqyu (Çin) ilə görüşəcək. Görüşün təxminən saat 12:25-də başlaması nəzərdə tutulub. 

Boks

Bu gün boks yarışlarında Azərbaycanın daha 2 boksçusu mübarizəyə qoşulacaq. Əvvəlcə +92 kq çəki dərəcəsindədünya çempionatında 2 dəfə bürünc mükafatçı olan Məhəmməd Abdullayev rinqə çıxacaq. Onun 1/8 finalda rəqibi Nelvi Tiafak (Almaniya) olacaq. Görüşün saat 14:52-də başlaması nəzərdə tutulur.

Bakı vaxtı ilə saat 22:48-də isə daha bir boksçumuz - 63,5 kq. çəki dərəcəsində yarışan Malik Həsənov Laşa Quruli (Gürcüstan) ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan 33-cü Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qatılıb. Onlardan 4-ü (cüdoçular) mübarizəni medal qazanmadan dayandırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC