AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinatı alıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk matç "İberia"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC