Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunun qalibi olub.
Presssport.az xəbər verir ki, finalda Lüksemburq millisi ilə qarşılaşan yığmamız gərgi mübarizə şəraitində keçən görüşdə 77:71 hesabı ilə qalib gələrək C divizionunu çempion kimi başa vurub.
Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Murad Babayev (19 xal, 6 ribaund) olub.
Onu da bildirək ki, oğlanlardan ibarət U-18 millimiz sonuncu dəfə 2016-cı ildə Avropa çempionatının "C" divizionunun qalibi olmuşdu.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC