Millimizin futbolçusu Rahil Məmmədov LKS-nin (Polşa) heyətində növbəti oyununu keçirib.
Presssport.az xəbər verir ki, komanda qış təlim-məşq toplanışı çərçivəsində Serbiyanın “Radniçki” klubu ilə qarşılaşıb.
Görüş 1:1 hesabıyla başa çatıb. Məmmədov start heyətdə meydana çıxıb və 30-cu dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib. Bu, onun yeni komandasının heyətində 3-cü matçı olub.
Xatırladaq ki, Rahil bu ay "Qarabağ"dan Polşa klubuna keçərək 1.5 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC