"Güləşçilərimiz Olimpiadada qələbəyə köklənib" - Xetaq Qazyumov

“Hazırlıq prosesi plan üzrə gedir. Olimpiada üçün son təlim-məşq toplanışıdır. Güləşçilərimiz qələbəyə köklənib. Ümid edirəm ki, olimpiya oyunlarında ən yaxşı çıxışlarını nümayiş etdirəcəklər”.

Presssport.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunları öncəsi son hazırlıq prosesi ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis hazırlıqların plan üzrə getdiyini söyləyib:

"Artıq bir həftə qalıb. Yoxlama görüşləri keçirəcəyik. İnanıram ki, toplanışı zədəsiz başa vuracağıq. Sonra Olimpiada bayramı başlayacaq".

Onu da bildirək ki, Paris-2024-də güləş yarışları avqustun 5-də start götürcək. Yarışlar avqustun 11-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC