"Linkoln" Çempionlar Liqası (ÇL) II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.
Presssport.az verir ki, Cəbəllütariq təmsilçisinin ispaniyalı baş məşqçisi Xavyer Munyos matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda fikirlərini bildirməklə başlayıb.
- Çətin oyun oldu. Kiminlə qarşılaşdığımızı bilirdik. Dik durmağa çalışdıq. Amma bilirdik ki, hansı komanda ilə oynayırıq. "Qarabağ" çox güclü idi. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq.
- Bugünkü "Qarabağ" Çempionlar Liqasının qrupunda oynaya bilər?
- Həqiqətən çox güclü komandanız var. Qurban Qurbanov uzun müddətdir burdadı. Bəlli ideyası, strategiyası olan komandanız var. Bu komandada olan istedadlı futbolçular, performanslarına görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq, mərhələlər keçmək lazımdır.
- İmkanınız olsaydı, "Qarabağ"dan hansı futbolçunu heyətinizə qatardınız?
- Əslinə qalsa, əlimdə olan heyətdəki oyunçulardan razıyam. Bütün futbolçularınız çox güclüdür. Təkcə birini seçmək çox çətindi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC