Avropa Liqasının qrup mərhələsinin son turunda "Hekken"lə Bakıdakı oyunda birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Marko Veşoviçin cəzası açıqlanıb.
Presssport.az xəbər verir ki, UEFA monteneqrolu sağ cinah müdafiəçisini 1 oyunluq diskvalifikasiya edib.
Bununla Veşoviç pley-off mərhələsində "Braqa"ya qarşı keçiriləcək səfər matçını buraxacaq. O, Bakıdakı cavab görüşündə meydana çıxa biləcək.
Xatırladaq ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də Portuqaliyada keçirəcək. Cavab görüşü isə 22 fevralda Bakıda olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC