Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Presssport.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçirilib.
Türkiyə vitse-çempionu “Fənərbaxça” "Luqano"nu evdə də məğlub edərək III təsnifat mərhələsinə adlayıb.
APOEL, "Sparta", "Ferentsvaroş", “Slovan” və "Malmö" də növbəti mərhələyə adlarını yazdırıb.
Xatırladaq ki, cavab oyunlarına bu gün yekun vurulacaq.
Çempionlar Liqası, II təsnifat mərhələsi Cavab oyunları
30 iyul
20:00. "Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) - 5:0
İlk oyun – 2:0
21:00. "Petrokub" (Moldova) – APOEL (Kipr) - 1:1
İlk oyun – 0:1
21:00. "Fənərbaxça" (Türkiyə) - "Luqano" (İsveçrə) - 2:1
İlk oyun - 4:3
21:00. "Sparta" (Praqa, Çexiya) - "Şemrok Rovers" (İrlandiya) - 4:2
İlk oyun – 2:0
22:00. TNS (Uels) - "Ferentsvaroş" (Macarıstan) - 1:2
İlk oyun – 0:5
22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Çelye” (Sloveniya) - 5:0
İlk oyun – 1:1
22:45. "Klaksvik" (Farer adaları) - "Malmö" (İsveç) - 3:2
İlk oyun – 1:4
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC