Avrokuboklarda mübarizəni dayandıran ilk klubumuz "Sumqayıt" oldu - YENİLƏNİB
Bu gün “Sumqayıt” Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Presssport.az xəbər verir ki, Samir Abasovun komandası Macarıstanda yerli “Fehervar”ın qonağı olub.
Matçda qapılara qol vurulmayıb. Halbuki, son 10 dəqiqədə meydan sahibləri futbolçusu zədələndiyinə və əvəzləmə limitini bitirdiyinə görə azlıqda qalmalı olub. Lakin təmsilçimiz bu say üstünlüyündən istifadə edə bilməyib və Sumqayıtda qələbə qazanan macarlar cütün qalibi olub.
Yekunda cari mövsümdə avrokuboklarda mübarizəni dayandıran ilk klubumuz "Sumqayıt" olub.
Konfrans Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. “Fehervar” – “Sumqayıt” - 0:0
Baş hakim: Kristoffer Karlsson
Baş hakimin köməkçiləri: Mikael Hallin, Markus Lundqren Klitte
Dördüncü hakim: Oscar Yonson
(Hakimlər briqadası İsveçdəndir)
Sekeşfehervar. “MOL Arena Şoşto” stadionu
İlk oyun - 2:1
"Fehervar": 22. Balaş Töt, 8. Boqdan Melnik, 21. Andras Huszti, 31. Nikola Serafimov, 14. Aron Ksonqvai (k), 7. Szabolş Şön, 77. Matyas Katona, 20. Tobias Kristensen, 27. Bence Bedi, 11. Nikolas Stefanelli, 19. Patrik Kovaş
Baş məşqçi: Tamaş Petö
"Sumqayıt": 1. Mehdi Cənətov, 8. Səbuhi Abdullazadə, 3. Slavişa Radoviç, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 19. Roy Kehat, 11. Fernando Medeyros, 23. Cordan Rezabala, 10. Rəhim Sadıxov, 9. Nikola Vuynoviç
Baş məşqçi: Samir Abasov