Avrokuboklarda növbəti oyunlar UEFA reytinqinə təsir edib.
Presssport.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin II mərhələsinin cavab matçında Cəbəllütariq “Linkoln” klubuna qalib gələrək (5:0) daha 0,250 xal toplayıb.
Azərbaycan 5 il ərzində ümumilikdə 18.000 xala malikdi və UEFA reytinq siyahısında 24-cü yerdədir. Ölkəmizdən 1 pillə irəlidə Rusiyadı (18,299). Slovakiya (17,875) isə əksinə, Azərbaycandan 1 pillə geridədi.
Onu da bildirək ki, ölkəmiz cari mövsümə 16,750 xalla başlayıb. “Qarabağ” 2 oyuna maksimum - 0,5 xal qazandırıb. “Zirə”ylə də bu xalı yığımışıq, sadəcə, bu, 3 matçın yekununda olub. “Sabah” 1 oyundan sonra ölkəmizin hesabına 0,250 xal yazdırıb. “Sumqayıt” isə yeganə qarşılaşmasında uduzduğundan hələ ki Azərbaycana xal qazandıra bilməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC