Bu həftə Misli Premyer Liqasının 2024/25 mövsümünə start veriləcək.
Presssport.az xəbər verir ki, sayca 33-cü Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq.
Peşəkar Futbol Liqası 33-cü çempionat ərəfəsində ən çox oyun keçirən 33 futbolçunu təqdim edir:
1. Rahid Əmirquliyev - 451
2. Mahmud Qurbanov - 421
3. Rəşad Sadiqov - 392
4-5. Asif Məmmədov - 388
Azər Məmmədov - 388
6. Aslan Kərimov - 382
7. Rəşad Abdullayev - 378
8-9. Elvin Məmmədov - 376
Maksim Medvedev - 376
10. Vurğun Hüseynov - 368
11. Aqil Məmmədov - 363
12. İsmayıl Məmmədov - 351
13. Rəşad Sadıqov - 343
14. Elnur Abdullayev - 334
15. Vüqar Nadirov - 332
16. Qara Qarayev - 330
17. Rail Məlikov - 328
18. Kənan Kərimov - 327
19. Tural Axundov - 324
20. İlkin Qırtımov - 322
21. Nadir Nəbiyev - 316
22. Rauf Əliyev - 315
23. Mübariz Orucov - 311
24. Müşfiq Hüseynov - 305
25. Ədəhim Niftəliyev - 303
26-27. Arif Daşdəmirov - 302
Kamal Quliyev - 302
28. Mehman Yunusov - 298
29. Urfan Abbasov - 295
30. Viktor İqbekoyi - 294
31. Aleksandr Çertoqanov - 293
32. Vidadi Rzayev - 291
33. Rövşən Əhmədov - 290
Onu da bildirək ki, Rahid artıq peşəkar futbol karyerasını bitirib. Liderin ən yaıxn izləyicilərindən Asif Məmmədov yeni mövsümdə Premyer Liqada oyun sayını artıra bilməyəcək. Çünki təcrübəli yarımmüdafiəçi kapitanı olduğu “Qəbələ”ylə I Lİqaya düşüb. “Qarabağ”ın kapitanı olmuş Maksim Medvedev isə keçən mövsümün sonunda karyerasını bitirdi. Hazırda karyerası aktiv olan futbolçulardan 36 yaşlı müdafiəçi Vurğun Hüseynov oyun sayında üstündü.
İstənilən halda, 35 yaşlı Əmirquliyev hələ ki əlçatmaz görünür - ən azı yaxın gələcək üçün…
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC