Kamal Umudludan Kosovoda 5 sarı vərəqə - meydan sahibləri sevindi

Azərbaycanlı FİFA referisi Kamal Umudlu Konfrans Liqasının II təsnifat mərhələsinin "Drita" (Kosovo) - "Breydablik" cavab oyununu (1:0) idarə edib. 

Presssport.az xəbər verir ki, meydan sahiblərinin 1:0 hesabıyla qalib gəldiyi matçda ona yan xətt hakimləri qismində Namik Hüseynov və Vüsal Məmmədov köməklik edib. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib. Umudlu bu oyunda 5 sarı vərəqə göstərib.

Onu da bildirək ki, ilk görüşdə 2:1 hesabı ilə qalib gələn "Drita" növbəti mərhələyə adlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC