Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) yaranmasının 30 illiyinə həsr olunan regional gənclər və idman idarələri arasında minifutbol üzrə "Dostluq” kuboku keçirilib.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin həlledici qarşılaşmaları Quba Olimpiya İdman Kompleksində baş tutub.
“Lənkəran-Astara” "Şirvan-Salyan"a qalib gələrək yarışın bürünc medalına sahib çıxıb. Finalda isə "Bakı" "Mərkəzi Aran"ı 7:3 hesabı ilə üstələyib.
Beləliklə, yarışın qalibi Bakı Şəhər Gənclər və İdman İdarəsinin komandası olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC