Qurban Qurbanov Avropada TOP-10-da

2000-ci ildən sonra avrokuboklarda ən çox oyuna çıxan baş məşqçilər müəyyənləşib.

Presssport.az xəbər verir ki, ilk “10-luq”da "Qarabağ"ı çalışdırıcısı Qurban Qurbanov da var. 

Belə ki, 52 yaşlı mütəxəssis Avropanın klub turnirlərində 165 matça baş məşqçi kimi çıxıb. Qurbanov bu oyunlarda 67 dəfə qələbəyə sevinib. Azərbaycanın ən titulli futbol məşqçisi oyun sayına görə 8-cidi.

Siyahıya "Fənərbaxça"nın yeni baş məşqçisi Joze Mourinyo başçılıq edir. 230 görüşdə iştirak edən 61 yaşlı portuqaliyalı mütəxəssis 130 qalibiyyət əldə edib. Rumıniyalı məşqçi Mirça Luçesku 226 matçda 96 qələbə qazanıb və siyahıda 2-cidi. 220 qarşılaşmada 129 qələbəyə sevinən italiyalı Karlo Ançelotti isə 3-cü yerdədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC