"Sumqayıt" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda səfərdə "Fehervar"la 0:0 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.
Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərinə futbolçularına təşəkkürünü çatdırmaqla başlayıb: “Ağır matçdan çıxdıq. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Böyük ümidlərlə gəlmişdik. Baxmayaraq ki, böyük itkilərimiz var idi. Heyəti qura bilməmişik. Ümumiyyətlə, bu turnirə hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması oldu. Nəticədə 2-3 gün ərzində çox şeyi dəyişib oyuna çıxmalı idik. Futbolçular nəyə gücləri çatdısa, onu da etdilər. Onlara təşəkkür edirəm, canlarını qoydular. Artıq çempionata köklənəcəyik”.
Abasovun fikrincə, bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasan: “Yeni transferlərimizdən Slavko Radoviç yorulmuşdu, əvəzlənməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədi”.
Xatırladaq ki, "Sumqayıt" müdafiəçisi Murad Xaçayevin qırmızı vərəq aldığı ev matçında 1:2 hesablı məğlubiyyət almışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC