"Qarabağ"ın III təsnifat mərhələsində rəqibi müəyyənləşdi

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

Presssport.az xəbər verir ki, bu, "Ludoqorets" olub. 

Bolqarıstan təmsilçisi II təsnifat mərhələsinin cavab görüşündə Macarıstanda Minsk "Dinamo"suna 0:1 hesabı ilə uduzsa da, ilk oyunda 2:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayıb.

"Qarabağ"la “Ludoqorets”in ilk görüşü avqustun 6-da Bakıda keçiriləcək. Cavab qarşılaşması isə avqustun 13-də Raqradda olacaq.

Xatırladaq ki, "Qarabağ" II təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu mübarizədən kənarlaşdırıb - 2:0, 5:0. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC