Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
Presssport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan təmsilçimiz Zelim Kotsoyev 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) - Tomas Briçeno (Çili, dünya reytinqi 46) cütünün qalibi ilə qarşılaşacaq.
Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidi. Milliləşdirilən osetiyalı legionerimiz 2023-cü ildə Avropa, 2024-cü ilin mayında isə dünya çempionu olub. O, Yay Olimpiya Oyunlarında millimizin əsas medal ümidlərindən sayılır.
Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlanacaq və bu gün də yekunlaşacaq. Zelimin görüşü sıralamada 10-cudu.
Ardınca Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxacaq. Yığmamız Fransa ilə üz-üzə gələcək.
Daha sonra boksçuların mübarizəsi start götürəcək. 92 kq çəkidə yarışan Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla münasibətlərinə aydınlıq gətirəcək.
Günün sonunda yenidən 3x3 basketbol millimiz oyuna çıxacaq. Rəqib bu dəfə Almaniya millisi olacaq.
Xatırladaq ki, Azərbaycan avqustun 11-də bitəcək Paris-2024-də hələ ki yalnız cüdoçu Hidayət Heydərovla medal (qızıl) qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC