Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada yerli “Panevejis” və İsrailin "Makkabi" (Təl-Əviv) klubları arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.
Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.
Avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC