Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Presssport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) ilə qarşılaşıb.
Kotsoyev ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Hazırda öz çəkisində dünya reytinqində 1-ci olan milliləşdirilən osetiyalı legionerimizin 2023-cü ilin noyabrında Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olduğunu da vurğulayaq.
Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vuru və yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC