Nail Kərimov radikal qərarını incələdi: "Səfiyarlının təyinatının təşəbbüskarı özüm olmuşam, onun addımları effekt verəcək"

Bu həftə Azərbaycan futbolunda hələ ki əsas olay “Qəbələ”dən baş menecer Nail Kərimovun gedişi oldu. Klubdan öz istəyilə ayrılan Kərimov Presssport.az-a müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib.

- “Qəbələ”dən öz istəyilə ayrıldığınız açıqlanıb. 40 yaşınız var və həyatınızın az qala yarısı - 18 ili doğma rayonunun eyniadlı klubuna bağlı olub. Nə həlledici məqam oldu ki, bu qərarı verdiniz? Hər halda, gözlənilməz ayrılıq oldu….

  • - Media üçün gözlənilməzdi. Amma özüm uzun müddətdi fikirləşirdim. "Sumqayıt"la oyundan sonra yenə qəti qərara gəldim. Baxdım ki, komanda yaxşı getmir, Premyer Liqadan düşmək təhlükəsiylə üz-üzədi. Ssenari dəyişmir - eyni cür normal, yaxşı futbol oynayırıq, amma uduzuruq. Demək ki, nəsə dəyişməlidi. O dəyişiləsi məqam nə ola bilər? Əlimdə olan mən özüməm. Buna görə belə bir təşəbbüs irəli sürdüm. Fariz müəllimə bildirdim, Səbuhi Səfiyarlının təyinatı da reallaşandan sonra artıq növbəti dəfə də söylədim ki, işdən ayrılmalıyam. Məqsəd budu ki, nəsə dəyişsin müsbətə doğru, komanda Premyer Liqada yerini qorusun. Bura mənim üçün iş yeri deyil, ayrı bir şeydi - bunu hamı bilir. Ümid edirəm ki, vəziyyət dəyişəcək.
  • - Yəni, Səfiyarlının kluba idman direktoruna təyin olunmasının gedişinizlə heç bir bağlılığı yoxdu?
  • Bəli-bəli. O təyinatı da rəhbərliyə mən təklif etmişəm, təşəbbüskarı özüm olmuşam. 
  • - Klub prezidentiniz Fariz Nəcəfovun 18 illik silahdaşını buraxmağa tərəddüdü az olmazdı. Maraqlıdı, necə qarşıladı qərarınızı?
  • - “Neftçi”ylə oyundan qabaq komandayla sağollaşmışam. Amma Fariz müəllim açıqlamanı bir az da gözlətdi ki, bəlkə yenə də qalaram. Həmin postda qalmağımı təklif elədi. Belədə yenə həmin səlahiyyətlərim olacaqsa ki, əsas komandanın gedişatına qarışa bilərəm...Çəqsədim, istəyim odur ki, sırf əsas komandayla bağlı idarəçilik dəyişsin, bu krizis vəziyyətdən çıxıb Premyer Liqada yerini qorusun. Buna görə tamamilə getmək lazım idi. Fikirləşirəm ki, qərar hər iki tərəf üçün uyğun idi.
  • - Səfiyarlıyla bunadək də “Qəbələ”də birgə çalışmısnız. Sizcə, onun kluba, əsas komandaya yeni nəfəs gətirmək perspektivi necədi?
  • - Çox yüksəkdi. Gəlməzdən əvvəl də bilirdim ki, nələrisə dəyişmək iqtidarındadı. Təyinatından sonrakı günlər ərzində də atdılğı addımları görürəm. Fikirləşirəm ki, bu, effekt verəcək.
  • - Bunları detallı bilmək olarmı ki, hansı addımlardı şəxsən sizdə nikbinlik yaradır?
  • - Artıq "Qəbələ"də işləmədiyimdən, bu klubun hansısa bir addımı atması haqda danışmaq istəmirəm.
  • - Baş menecer işlədiyiniz bu 2 il sizə hansı təcrübə qazandırdı? Və hansı məqamlar oldu ki, öhdəsindən gələ bilmədin?
  • - Demirəm ki, nəyinsə öhdəsindən gəldim, yaxud gəlmədim. Deyirəm ki, hardasa krizis varsa, ondan çıxş yolları tapmaq olmursa, hansısa radikal bir dəyişiklik olmalıdı. Bunda özümü gördüm, özümün gedişimin təşəbbüskar kimi irəli sürdüm. 
  • - “Qəbələ”nin yay transferləri çox müzakirə olunur. İndi klubdan gedəndən sonra bu haqda nəyi vurğulaya bilərsiniz?
  • - Heç nəyi. Futboçulardı, göstərəcəklər ki, həqiqətən yaxşı futbolçulardı. 
  • - Məşqçilərdə bir söz var ki, istefadan sonra deyirlər mənə istirahət lazımdı. Sizə də indi bu, çox lazımdı, yoxsa aktiv həyat tərzi keçən bir finksioner kimi buna ehtiyac duymursunuz? Bəlkə artıq yeni işlə bağlı təklifiniz var - klubdan, yoxsa qurumdan?
  • - Yox. Ümumən bu addımı onu fikirləşib atmamışam. Hal-hazırda da bu haqda heç bir şey deyə bilmərəm.
  • - Bir qəbələli olaraq yenə "Qəbələ"yə azarkeşik edəcəksiniz?
  • - Dediyim kimi, komandanın Premyer Liqada qalması üçün ayrılmaq qərarına gəlmişəm. Bu o deçəkdi ki, səmimi qəlbdən “Qəbələ”yə azarkeşik edəcəm.
  • - Və inanırsınız ki, “Qəbələ” bu minimum vəzifənin öhdəsindən gələcək?
  • - Elədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC