"Sabah" 9 qolun vurulduğu dramatik matçda penaltilərlə mərhələ adladı
“Sabah” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində cavab matçına çıxıb.
Presssport.az xəbər verir ki, Masazır təmsilçisi Hayfa "Makkabi"ni qəbul edib.
Qarşılaşmanın əsas vaxtı israillilərin 5:2 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun ümumi nəticəsinə görə hesab bərabər olduğundan, əlavə 30 dəqiqə təyin olunub. Burda da komandalar hərəyə 1 qol vurub və ümumi bərabərlik pozulmayıb.
Penaltilər seriyasında daha dəqiq olan "Sabah" III təsnifat mərhələsinə yüksəlib. Oyunu yaxşı keçirən "Sabah"ın qapıçısı Yusif İmanov 11 metrlik cərimə zərbələrində də fərlqənib.
Krunoslav Renduliçin komandası III raundda "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
1 avqust
20:00. “Sabah” - “Makkabi” (Hayfa) - 3:6 (penaltilərlər - 3:2)
Qollar: P. Şafranko, 47, K.Parris, 71, C. L. Mikels, 103 - D. Hazizia, 17, Pyerro, 68, 90, L.Şimiç, 70, L.Rafaelov, 73, D.David, 112
Baş hakim: Peter Kraloviç
Baş hakimin köməkçiləri: Tomaş Straka, Matej Zemko
Dördüncü hakim: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)
Bakı. Əlincə stadionu
İlk oyun - 3:0
"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev (k), 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 13. İvan Lepiniça, 8. Ayaz Quliyev, 70. Cesse Sekidika, 28. Kahim Parris, 20. Coy Lins-Mikels, 18. Pavol Şafranko
Baş məşqçi: Krunoslav Renduliç
"Makkabi": 40. Şarif Keuf, 27. Pyerr Kornud, 34. Aleksandr Sirota, 44. Lorenso Şimiç, 2. Daniel Sandqrin, 26. Mahmud Caber, 4. Ali Mohammed, 8. Dolev Haziza, 6. Qadi Kinda, 91. Dia Sabia, 9. Frantsdi Pyerro
Baş məşqçi: Barak Baxar