"Qarabağ"dan "Qarabağ"adək - antirekord da Murad Musayevlə olmuşdu, antirekord da Murad Musayevlə yeniləndi

“Sabah” ən ağır məğlubiyyətini alıb. 

Presssport.az-ın araşdırmasına görə, Azərbaycan Kubokunda ilk ¼ finalda “Qarabağ”dan evdə aldığı 1:7 yaşadığı klubun 7 illik tarixində ən böyükhesablı məğlubiyyətdi.

Maraqlıdı ki, bunadək ən böyük darmadağını məhz hazırkı baş məşqçisi Murad Musayevlə məhz “Qarabağ”dan almışdı. Bu, 2021/22 mövsümündə Premyer Liqada ikinci dövrədə “Azərsun Arena”da 1:5-di. Özü də bu, 41 yaşlı rusiyalı mütəxəssisin “Sabah”da ilk məğlubiyyəti kimi tarixə düşüb.

Amma onu da nəzərə alaq ki, “Sabah” “Qarabağ”la duellərdə qələbə həsrətini də məhz Musayevlə məhz “Bank Respublika Arena”da bitirib. Bu, tarixində ən böyük uğuru - çempionatda ilk medal - gümüş mükafat qazandığı keçən mövsümə təsadüf edib. "Sabah"ın “Qarabağ” üzərində həmin qələbəsi 2:1 hesabıyla olub. 

Masazır təmsilçisinin indiyədək ən çox uduzduğu 4 top fərqiylə olub. Bunlardan öz meydanında da belə ağır zərbə aldığı qarşılaşma olub. Bu, Musayevədək - Premyer Liqanın 2018/19 mövsümündə “Səbail”ə 0:4 hesablı məğlubiyyətdi. Onda komandanın baş məşqçisi Elşad Əhmədov olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC