Rəşad Sadıqov həm özü ilkə imzə atdı, həm də "Zirə"yə ilkə imza atdırdı

Rəşad Sadıqov məşqçilik karyerasında ilkə imza atıb. 

Presssport.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin çalışdırdığı ardıcıl 4-cü mövsümdü ”Zirə"ylə ilk dəfə avrokuboklarda mərhələ adlayıb. 

2020-ci ildən bu postda olan Sadıqovun ilk 2 cəhdi uğursuz alınmışdı. Belə ki, onun rəhbərliyi altında ilk dəfə 2022-ci ildə qitəmiqyaslı kuboklara vəsiqə qazanan qəsəbə təmsilçisi həmin vaxt Konfrans Liqasının II təsnifat mərhələsində Tel-Əviv “Makkabi”sinə uduzmuşdu - evdə 0:3, 0:0. 

Cari mövsümdə isə “qartallar" daha əvvəl Avropa Liqasının ilk mərhələsində penaltilər seriyasında “Şerif”ə məğlub olsa da, Konfrans Liqasının ll təsnifat mərhələsində Slovakiyanın “DAC 1904” klubunu ümumi nəticədə 6:1 hesabı ilə üstələməyi bacarıb. 

Bu qələbə sayəsində “Zirə” həm də tarixində ilk dəfə olaraq avrokuboklarda III təsnifat mərhələsinə vəsiqə qazanıb. 

Xatırladaq ki, ilk dəfə 2017/18 mövsümündə avrokuboklarda çıxış edərək Avropa Liqasında Lüksemburq təmsilçisi “Differdanj”ı mübarizədən kənarlaşdıran (evdə 2:0, səfərdə 2:1) “Zirə” II raundda Rumıniya “Astra”sına uduzmuşdu - səfərdə 1:3, evdə 0:0. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC