“Zirə”ni təbrik edirəm və növbəti mərhələdə uğurlar arzulayıram”.
Presssport.az xəbər verir ki, bu sözləri "DAC 1904"ün baş məşqçisi Xisko Munyoz Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə uduzduqları cavab oyunundan (1:2) sonra deyib.
İspaniyalı mütəxəssis evdəki görüşdə aldıqları qırmızı vərəqənin oyunun qırılma nöqtəsi olduğunu bildirib: “Halbuki hesabı bərabərləşdirmişdik, ikinci qolu da vura bilərdik. Bizdən fərqli olaraq rəqib anlaşma daha yüksək səviyyədə idi. Ümumiyyətlə, bir çox şey “Zirə”də daha yaxşı alınırdı.
Slovakiya klubunun çalışdırıcısı təmsilçimizin gücünə bələd olduqlarını söyləyib: “Rəqibi hərtərəfli analiz etmişdik, nəyə qadir olduğunu bilirdik. Elə meydanda da gözlədiyimiz “Zirə”ni gördük”.
Xatırladaq ki, Rəşad Sadıqovun komandası ilk matçda Mərdəkanda böyükhesablı qələbə qazanmışdı - 4:0.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC