Güləş üzrə olimpiya komandamızın yarısı Fransaya yollanıb

Azərbaycanın güləş üzrə olimpiya komandasının yarısı bu gün Fransaya yollanıb.

Presssport.az xəbər verir ki, yunan-Roma güləşçiləri – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.

Avqustun 5-də Murad Məmmədov və Sabah Şəriəti, növbəti gün Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq), Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) avqustun 7-də mübarizəyə start verəcək.

Onu da bildirək ki, Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Fransa paytaxtına yollanacaq.

Paris-2024 avqustun 11-də yekunlaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC