Qəbələ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransına matç haqda fikirlərini bildirməklə başlayıb.
- Ağır oyun oldu. Kubok matçları həmişə çətin keçir. Bu tsikldə oynamaq futbolçular üçün ağırdır. Amma oyunun dinamikası xoşuma gəldi. Komanda meydanda yaxşı hücumlar qura bildi. Bugünkü oyundan razıyam. Biz də bilirik ki, sıxıntımız var. Əfsuslar olsun ki, son oyunlar tendensiya yaranıb ki, hər şey "Qəbələ"yə qarşı olur. Son matçlardakı qırmızı vərəqələr, qapımıza verilən penaltilər... Bizdən başqa hamı danışır. Amma hələ ki, susmuşuq, artıq mən də danışmalıyam. Görürük ki, meydanda bizə fərqli baxırlar. Rəqibə qarşı yüngül, bizə qarşı sərtdilər. Epizodlar göstərə bilərik ki, hakim fərqli qərarlar verib. İstədiyimiz odur ki, bizə qarşı da ədalətli qərarlar versinlər. Klub səviyyəsində etiraz etməmişik. Amma bu gün o etirazı edirəm. Bizi belə məhv etməsinlər. Biz də 11 nəfərlə oynamaq istəyirik. Hakim qərarlarının bizə qarşı düzəlməsini istəyirik.
- Üç oyundur ki, azlıqda qalırsız. Qırmızı vərəqələrlə bağlı etirazınız var? Hansısa haqsız verilmişdi?
- Verilən qərarlara etiraz etmirik. Doğru qərarlardır. Üçü də qırmızıdır. Amma epizodlar göstərərəm ki, rəqib də cəzalana bilər. Amma rəqiblərə qarşı yüngüldürlər.
- Lukas Afriko komandanı çətin durumda qoydu?
- Epizoda baxmamışam. Görünən o idi ki, qırmızı almamaq olardı. Amma o epizod ani qərar tələb edir. Düşünürəm ki, o da istəməzdi ki, qırmızı alsın. Vəziyyət onu tələb etdi.
- Klesio Bauku meydanda nə vaxt görəcəyik?
- Afrika Millətlər Kubokundan zədəli qayıdıb. Fərdi məşqlərə başlayıb.
- Sizcə, sizə qarşı hakimlərin bu cür qəararlarının arxasında nə dayanır?
- Bura gələndən qarşımda yüksək büdcə olmayıb. Az büdcə ilə burada çalışmışam. Davam edirəm. Qarşıdakı oyunumuz "Zirə"yə qarşıdır. "Neftçi" ilə matçda 4 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdılar. Mən nə düşünməliyəm? Ümid edirəm ki, hakimlər sarı vərəqələrdə başqa prizmadan yanaşmayıblar. Bizim oyunçuları rahat şəkildə cəzalandırırlar. Ağlıma pis fikirlərin gəlməsini istəmirəm. Amma hakimlərin qərarlarına etiraz edirəm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC