Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” klubunun təlim-məşq bazasında olublar.
Presssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə görüşüb.
“Murov Az Terminal”ın prezidenti Cavid Kərimov burda yaradılmış şərait barədə ətraflı məlumat verib.
Daha sonra federasiya prezidenti adıçəkilən klubun yeni təmir olunmuş trenajor zalının açılışını edib.
Onu da bildirək ki, “Murov Az Terminal” Yüksək Liqa yarışları ilə yanaşı, aşağı yaş qruplarının yarışlarında da qız və oğlan komandaları ilə təmsil olunur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC