Cavid Hüseynov 1 illik fasilədən sonra Misli Premyer Liqasına məşqçi kimi qayıdır.
Presssport.az xəbər verir ki, 36 yaşlı mütəxəssiis bu dəfə “Turan Tovuz”un məşqçisi olacaq.
Hüseynov 2022/23 mövsümündə "Şamaxı"nı çalışdırırdı. Sadəcə, onda PRO kateqoriyası olmadığına görə məşqçi kimi sifariş olunmuş, baş məşqçi isə bu dərəcəsi olan Vüqar Əsgərli göstərilmişdi. İndisə Hüseynov məşqçi - Tovuz klubunun türkmənistalı yeni baş məşqçisi Kurban Berdıyevin azərbaycanlı köməkçilərindən biri olacaq.
Digər azərbaycanlı köməkçi isə həm ona, həm də Berdıyeva yaxşı tanış simadı. Bu, həm klubda, millidə komanda yoldaşı, Berdıyevin isə “Rubin”də futbolçusu olmuş Ruslan Abışovdu. O isə ümumiyyətlə, məşqçi kimi “siftə” edərək, eyni zamanda Premyer Liqamıza dönəcək. Belə ki, 36 yaşlı Abışov son olaraq 202/23 mövsümündə “Zirə”nin futbolçusu olmuşdu.
Hüseynov üçün Tovuz tanış məkandı. Çünki o, 20 il futbolçu karyerasına bu bölgədə - “Turan”da başlayıb. Hansı ki hazırkı "Turan Tovuz" onun varisi sayılmır.
Hüseynovla Abışovun yeni klublarında bu gün debütləri “Neftçi”tə qarşı olması maraqlı məqamdı. Çünki hər ikiis birgə “ağ-qaralar”da oynayaraq Azərbaycan çempionu da olublar. Abışov isə karyerasının ilk klubu, böyük hissəsini keçirdiyi “Neftçi”ni heyətində futboldan yola salınıb. Bu, keçən ilin noyabrında Rusiyanın "Zenit" klubuyla məhz “Neftçi Arena”da yoldaşlıq görüşündə baş verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC