"Neftçi" Misli Premyer Liqasının ilk turunda doğma meydanda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın ukraynalı yeni baş məşqçisi Roman Qriqorçuk oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda düşüncələrini bölüşüb.
- Heç-heçə oynadıq və bu, bizim üçün pozitiv nəticə deyil. Nəticədən razı deyiləm, razı deyilik. Başa düşürəm ki, "Neftçi" böyük tarixi, böyük adı olan komandadı və təbii ki, evimizdə qalib gəlməliyik. Bunun üçün cəhd göstərəcəyik.
- Bəs, oyundan necə, razı qaldınız?
- Deyə bilmərəm ki, nəticədən razı deyiləm. Lakin əla oynadıq. Pis oynadığımızı da deyə bilmərəm. Yaxşı oynamağa cəhd göstərirdik. Bəzi epizodlarda pis görünmürdük. Qalib gəlsəydik, daha asan olardı və indi başqa cür danışardıq.
- Komanda son 5-6 dəqiqədə kifayət qədər artırmışdı. Bunu 15-20 dəqiqə qalmış etmək olmazdı?
- İstəyirdik ki, buu 90 dəqiqədə edək. Amma təəssüflər olsun ki, vaxt da çatmadı. Razıyam ki, bu cür son dəqiqələrdə yox, bütün oyunboyu oynamaq lazımdı. Xüsusilə də, evdə, öz azarkeşlərimizin qarşısında ilk dəqiqədən sona qədər belə oynamaq gərəkdi.
- 6 ildən sonra ölkəmizə qayıdışınızda özünüz nə hisslər keçirdiniz? Azərbaycan çempionatında nələr dəyişib?
- Bütün bu illərdə Azərbaycandan uzaq olduğumu hiss etmirdim. Çünki daim jurnalistlərlə danışırdıq, müsahibələr verirdim. Yəni, tam olaraq Azərbaycan futbolundan uzaqlaşmamışdım.
- Qazonu görəndən sonra gəlməyinizə peşman olmadız?
- Meydança haqda kritik fikirlər bildirmək istəmirəm. Çünki obyektiv səbəbləri var. Hamıya deyirdim ki, köhnə adı “Bakcell Arena” olan bu stadionu çox sevirəm. Burda "Qəbələ" ilə oynayırdıq və meydança əla olurdu. İstəyərdik ki, ot örtüyü daha da yaxşı olsun.
- Hücum xəttinin effektivliyi barədə nə düşünürsüz?
- Bu xətti daha da rəqabətli etmək istəyirik. Hücum xəttinə keyfiyyətli oyunçular əlavə etmək niyyətindəyik. Bu addımı atsaq, komanda hücumda daha effektiv olacaq.
- "Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk oyunu izləyənlər arasında idi. Onunla danışmısız?
- Kaşukla şəxsən tanış deyiləm. Onunla klub olaraq danışmamışıq. Bilirəm ki, Kaşuk yüksək səviyyəli, yaxşı oyunçudur. Ona ancaq salamlarımı çatdıra və həm futbolçu, həm də insan olaraq uğurlar arzulaya bilərəm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC