"Qarabağ"ın rəqibi millimizin üzvünün komandasını darmadağın etdi

Bolqarıstan çempionatında III turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan “Ludoqorets “Arda”nı qəbul edib.

Razqrad təmsilçisi rəqibinə 5:1 hesabı ilə qalib gəlib. Fransisko Xavyer İdalqo Qomes dubla imza atıb (8-ci və 72-ci dəqiqələrdə). Kvadvo Dua (44-cü dəqiqə), Ruaen Seko (47-ci dəqiqə) vəSpas Delev (57-ci dəqiqə) hərəyə 1 dəfə fərqlənib.

Milli komandamızın müdafiəçisi Cəlal Hüseynov “Arda”nın heyətində 90 dəqiqə oynayıb.

Onu da bildirək ki, ki, “Ludoqorets” 2 matçdan 6 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC