“O "Neftçi" ilə indiki arasında böyük fərq var" - Lebon

“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Presssport.az-a müsahibə verib.

Presssport.az həmin müsahibəni təqim edir:

- Azərbaycan Premyer Liqasının ilk turunda “Turan Tovuz”la görüşdə 1 xalla kifayətləndiniz. Qolsuz heç-heçəni necə şərh edərdiniz?

- Çətin oyun alındı. Rəqib yaxşı müdafiə olunurdu. Sona qədər rəqib müdafiəsini yarmaq mümkün olmadı. Təəssüf ki, lazım olan qolu vura bilmədik.

- “Neftçi” Ərzurum toplanışında ardıcıl qələbə qazanmaqla azarkeşləri ümidləndirmişdi. Amma çempionata qələbə ilə başlaya bilmədiniz. Bunu nə ilə əlaqələndirmək olar?

- Hazırlıq oyunları ilə rəsmi matçlar eyni deyil. Biz çalışacağıq ki, təlim məşq toplanışında etdiklərimizi rəsmi görüşlərdə də təkrarlayaq. “Turan Tovuz”la matçda tətbiq etmək istədiklərimiz bəzən alınırdı, bəzən yox.

- Yaxşı, belə deyək, əsl “Neftçi”ni görmək üçün neçə tur gözləmək lazımdır?

- Dəqiq cavab vermək çətindir. Mövsüm öncəsi yaxşı toplanış keçmişik. İnanıram ki, oyundan oyuna daha yaxşı vəziyyətdə olacağıq.

- Ötən mövsümlə müqayisədə “Neftçi”də nə dəyişib?

- Komandada ciddi dəyişikliklər olub. O komanda ilə indiki arasında böyük fərq var. Yeni baş məşqçi gəlib. Onun tapşırıqlarına, yeni sistemə uyğunlaşmaq üçün zamana ehtiyacımız var.

- Azarkeşləri ən çox maraqlandıran odur ki, “Neftçi” bu mövsüm “Qarabağ”a müqavimət göstərə biləcək?

- “Qarabağ”a qarşı yaxşı mübarizə aparsaq, çempion da ola bilərik. Mövsüm uzundur, hər şey ola bilər. Lakin indiki halda oyundan oyuna vəziyyətimizə baxmalıyıq.

- Rəqib qapıçı qazonun durumundan gileyləndi. Nəzərə alsaq ki, siz texnikalı futbolçusunuz, onda şikayətiniz daha çox olar...

- Əlbəttə, qazonun durumu yaxşı deyildi. Qapıçıdan hücumçuya kimi hamı üçün çətin idi. Belə qazonda oynamağı heç kim xoşlamaz, təkcə mən və rəqib qapıçı yox.

- Bu yaxınlarda ilk övladınız dünyaya gəldi. Ata olmaq həyatınızda nələri dəyişib?

- Çox şey dəyişib. Atalıq insanı daha məsuliyyətli olmağa vadar edir. Artıq ilk gündən övladının gələcəyini düşünməlisən. Üstəlik, elə davranmalısan ki, övladına nümunə olasan (futbolxeber.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC